“Pelican Service” MMC olaraq, “Qarabağa Böyük Qayıdış” layihəsi çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışına dəstək olmaq məqsədilə bir sıra əhəmiyyətli fəaliyyətləri həyata keçirərək, sərnişinlərin, eyni zamanda sərnişinlərə aid mebel, məişət texnikası və şəxsi əşyaların daşınmasını təmin etmişik.
Köçürülmə marşrutları aşağıdakı kimidir:
Əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryol stansiyası, Çeşidləmə məntəqəsi, Maşın emalatxanası (DARM), Vaqon depo, 11 saylı post və Şimal vağzal kimi ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin daha uyğun şəraitdə yaşayışı üçün Abşeron rayonu, Şəfəq qəsəbəsinə köçürülməsi “Pelican Service” MMC tərəfindən təmin olunmuşdur.
“Pelican Service” MMC olaraq, fəaliyyətimizin əsas məqsədi Qarabağda həyatın tam bərpa olunmasına və məcburi köçkün ailələrinin öz yurdlarına təhlükəsiz və komfortlu şəkildə dönməsinə dəstək verməkdir. Bu işlər yalnız sosial məsuliyyət deyil, həm də vətən qarşısında bizim borcumuzdur. Biz inanırıq ki, Qarabağda yeni həyat və çiçəklənən bir gələcək qurulur.
“Pelican Service” MMC olaraq, bu əhəmiyyətli missiyanın bir hissəsi olmaqdan qürur duyuruq və bu yolda daha çox işlər görmək üçün əzmlə çalışırıq.