Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köç davam edir. Bu dəfə Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi ilk sakinlərini qarşılayıb. Pelican Service MMC tərəfindən təşkil olunan köçürmə zamanı əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət 20 ailə – 72 nəfər Həsənriz kəndinə köçürüldü. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox insan yaşayır. Bu bölgələrə köçürülən sakinlərlə yanaşı, burada müxtəlif sahələrdə çalışan mütəxəssislər də fəaliyyət göstərir.