Yük sığortası nədir və ona ehtiyacım varmı?
Yük sığortası yüklərin avtomobil, su , hava və dəmiryolları vasitəsilə daşındığı zaman baş verə biləcək zərərləri qarşılayır. Müasir dövrdə tələbin artması səbəbindən müxtəlif məhsulların idxalı və ixracı prosesi gündəlik olaraq baş tutur. Təəssüf ki, tez-tez bu yükdaşımalar zamanı maddi itkilər və zərərlərlə qarşılaşırıq. Müxtəlif səbəblərdən daşınan mallar yolda tam və ya qismən məhv ola bilər. Məhz buna görə də yükün hər hansı bir ünvana (ölkə daxili və ya xaricə) çatdırılması zamanı yüklərin sığortası zəruridir. Yük sığortası etdirməklə siz, sizə dəyə biləcək maddi zərərlərin qarşısını ala bilərsiniz.