Yüklərin istənilən məsafələrə çatdırılmasını həyata keçirən nəqliyyat növüdür. Bu nəqliyyat növü ağır və böyük həcmli yüklərin daşınmasını həyata keçirir.
Qeyri-qabarit yüklərin daşınması üçün xüsusi avtomabillərin cəlb olunması tələb edilirdisə, artıq Dəmir yolu ilə belə yüklərin daşınması sadə və daha tez bir müddətdə həyata keçirilir.Bu yüklər öncədən müəyyən olunmuş vaqon və platformalara yüklənilir.
Dəmir yolu daşınmalarının daha çox yayılmasına təkan verən vacib amillərdən biri də yüksək tonajlı yüklərin və artıq xərclərin olmamasıdır.
İnkişaf etmiş qərb dünyasının əsas nəqliyyat modellərindən ən əhəmiyyətlisi olan dəmir yolu nəqliyyatı, etibarlılığı səbəbiylə son illərdə diqqəti daha çox cəlb edən, insan asılılığını minimuma endirən bir nəqliyyat modelidir.
Avtomobil daşınmalarının pis hava şəraitində asılı olduğunu nəzərə alsaq, dəmir yolları yalnız müəyyən yüklərin deyil, bütün yüklərin daşınması üçün daha əlverişli hala gəlir.