Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb. Kəndə qayıdan ailələrə yeni evlərinin açarları təqdim olunub. Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 27 ailə – ümumilikdə 117 nəfər – Təzəbinə kəndinə çatıb. Yaxın günlərdə həmin ailələrə öz evlərinin açarları təqdim ediləcək.
Köç prosesinin bütün logistik və təşkilati hissəsi Pelican Service tərəfindən uğurla icra olunub. Şirkət köç karvanlarının təhlükəsiz və rahat şəkildə mənzillərinə çatdırılmasını təmin edib.