Profi Tools MMC

Biz artıq bir müddətdir ki, “Pelican Service” MMC şirkəti ilə əməkdaşlıq edirik. Bildirmək istərdim ki, bu müddət ərzində şirkətimizdə həyata keçirilən bütün daşınma işləri “Pelican Service” MMC-nin peşəkar komandası tərəfindən yüksək səviyyədə və vaxtında yerinə yetirilmişdir. Bundan sonra, “Pelican Service” MMC şirkəti ilə kuryer xidməti üzrə də əməkdaşlıq edirik. Şirkətin əməkdaşları məktub və sənədlərin vaxtında, təhlükəsiz və operativ çatdırılmasını təmin edir, göndəriş prosesində bütün nüanslara diqqətlə yanaşırlar. Bu sahədə də göstərilən xidmət səviyyəsindən tam məmnunuq.

Hazırda da biz bu müəssisə ilə tərəfdaşlığımızı davam etdiririk. Tam əminliklə digər şirkətlərə də “Pelican Service” MMC-nin xidmətlərindən istifadə etməyi tövsiyə edirik.

Əlavə suallar yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Sənədi yüklə (PDF)