Labtest QSC

Bildirmək istəyirik ki, “Pelican Service” MMC ilə uzun müddətdir əməkdaşlıq edirik və bu əməkdaşlıq dövründə şirkətimizdə həyata keçirilən bütün daşınma işləri onların peşəkar komandası tərəfindən yüksək keyfiyyətlə və müəyyən olunmuş vaxt çərçivəsində yerinə yetirilmişdir.

Bundan sonra, “Pelican Service” MMC ilə kuryer xidmətləri sahəsində də birgə çalışırıq. Şirkətin əməkdaşları məktub və sənədlərin vaxtında, təhlükəsiz və operativ şəkildə çatdırılmasını təmin edir, göndəriş zamanı bütün detallara xüsusi diqqətlə yanaşırlar. Bu istiqamətdə göstərilən xidmətlərdən də tam şəkildə razıyıq.

Hazırda əməkdaşlığımız uğurla davam edir və biz “Pelican Service” MMC-nin xidmətlərini digər şirkətlərə də inamla tövsiyə edirik.

Əlavə məlumat tələb olunduğu təqdirdə, bizimlə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,
“LAB TEST” QSC-nin direktoru
ANAR SADIXOV

 

Səbədi yüklə (PDF)