Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fonduna rəhbərlik etdiyiniz şirkət tərəfindən göstərilmiş xidmətin qiymətləndirilməsi ilə bağlı müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Fond “Pelican Service” MMC-ilə 21.12.2023-cü il tarixindən əməkdaşlıq etməkdədir. Bu müddət ərzində Fond tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı olunmuş müraciətə şirkət tərəfindən dərhal cavablandırılmış, aidiyyəti üzrə yüksək keyfiyyətlə, peşəkarlıqla və vaxtında yerinə yetirilmişdir.
Həmçinin qeyd etmək istəyirik ki, Fond “Pelican Service” MMC-ilə əməkdaşlığın bundan sonra davam etməsində maraqlıdır.
Hörmətlə,
Fondun sədri vəzifəsini icra edən
Etibar Əmrahov