Gömrük bəyannamələri nədir?
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə müvafiq olaraq, gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir.