Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

“PELICAN SERVİCE” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə “sürətli poçt daşıma (kuriyer) xidmətləri” göstərməsi ilə əlaqədar “tövsiyə məktubu”nun verilməsi barədə 02.06.2025-ci il tarixli 07/25 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “PELICAN SERVICE” MMC arasında “sürətli poçt daşıma (kuriyer) xidmətləri” üzrə 05.03.2025-ci il tarixində satınalma müqaviləsi imzalanmışdır. Bağlanılmış müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər təchizatçı tərəfindən vaxtında və keyfiyyətlə icra edilir. 

Qeyd olunanları nəzər alaraq, Komitə “Pelican Service” MMC-ni göstərdiyi xidmət üzrə etibarlı və bacarıqlı tərəfdaş kimi tövsiyə edir.

Sənədi yüklə (PDF)