“Pelican Service” MMC 73 ailənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinə köçünü uğurla başa çatdırdı

Bu tarixi dönüş prosesinin vacib mərhələlərindən biri də ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən yaşayış məntəqələrinin bərpası və açılışıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yeni yaşayış kompleksinin açılış mərasimində iştirak ediblər. “Pelican Service” MMC tərəfindən 73 məcburi köçkün ailəsinin Suqovuşan kəndinə köçürülməsi təmin edilmiş və bu ailələrə yeni mənzillərin açarları təqdim olunmuşdur. Bu tarixi gün kəndə qayıdan ailələr üçün yeni bir həyatın başlanğıcı olub.

Bu cür hadisələr, məcburi köçkün ailələrinin yalnız fiziki olaraq deyil, mənəvi və sosial baxımdan da öz yurdlarına inteqrasiyasını təmin edir. Biz də “Pelican Service” MMC olaraq, bu dəyişimin arxasında dayanan mühüm dəstəkçilərdən biri kimi üzərimizə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirməyə davam edirik.