Pelikan MMC şirkəti bu fəaliyyəti ərzində çoxsaylı müştəri və tərəfdaşları arasında etibarlı və məsuliyyətli partnyor kimi özünü doğrulda bilmişdir. Biz, Gömrük Broker Xidmətləri və bütün növ nəqliyyat xidmətləri göstəririk. Pelikan MMC şirkətində çalışan yüksəkixtisaslı mütəxəssislər öz işlərinin ustalarıdır və hər bir müraciət edən müştəriyə onun iri şirkət və ya fərdi sahibkar olmasından asılı olmayaraq xüsusi diqqət göstərirlər. Eyni zamanda, hər bir müraciət edən müştəriyə fərdi yanaşma yüksəkixtisaslı əməkdaşlarımız tərəfindən təmin edilir
Yükün ixrac və idxal rejimində rəsmiləşdirilməsi, yüklərin Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyəyə buraxılması üçün bütün sənədləşmə proseslerinin aparılması mərkəzdə həyata keçirilir. Bütün gömrük rəsmiləşdirilmələrinin həyata keçirilməsini bizə həvalə edə bilərsiniz.
Broker xidmətinə aşağıdakılar daxildir:
- E-qısa idxal bəyannaməsinin tərtibi
- Gömrük bəyannamələrinin tərtibi
- Gömrük rəsmiləşdirilməsi
- Təmsilçilik
- Rüsum və sənədlərin əvvəlcədən hesablanması
- Sənədlərin tərcüməsi
- Sertifikatların alınması
- Müqavilələrin tərtibi
- Nəqliyyat sənədlərinin tərtibi
- Kuryer xidməti
- Konsaltinq
Biz sizi müştərilərimiz arasında görməyə şad olardıq.